Muxtar respublikanın təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan dərslər keçirilib
Naxçıvan, 26 fevral, Tural Kəngərli, AZƏRTAC
Azərbaycan xalqı son iki yüz ildə erməni millətçiləri tərəfindən dəfələrlə etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 26-da muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə Xocalı soyqırımına həsr edilən dərs saatlarında səsləndirilib.
Dərslərdə Xocalı soyqırımı ilə bağlı tələbə, kursant və şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, erməni millətçilərinin işğal siyasəti nəticəsində həmvətənlərimiz tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Qarabağın dilbər guşələrindən olan Xocalı da ötən əsrin əvvəllərində erməni daşnakları tərəfindən yandırılıb, viran edilib. Amma 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımının nəticələri daha ağlasığmaz, dəhşətli olub. Öz miqyasına görə Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir.
Dərslərdə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsindən də danışılıb, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]