“My Broker”dən Ordumuza dəstək
Bakı, 6 oktyabr, AZƏRTAC
Ordumuza və dövlətimizə dəstək, Qarabağa aparan yolda bütöv hərəkatın tərkib hissəsi olmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Ali Baş Komandan İlham Əliyevin qətiyyətli çıxışları və başçılığı ilə torpaqlarımızın bütövlüyü uğrunda uğurlu hərbi əməliyyatlarını davam etdirən şanlı Ordumuza dəstək məqsədilə “My Broker” Gömrük Təmsilçiliyi şirkətə məxsus “Mitsubishi Pajero” markalı avtomobilini hərbi təyinatlı göstəricilərə uyğunlaşdırıb və kamuflyaj olunaraq cəbhə bölgəsində istifadəyə bağışlayıb.
Yaşasın Azərbaycan Ordusu, yaşasın Vətən!