Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naftalanda turistlər üçün satıcısız mağaza açılıb FOTO

Gəncə, 16 fevral, Rauf Hacıyev, AZƏRTAC

Nadir təbii tərkibə malik olan müalicəvi əhəmiyyətli Naftalan neftinin şöhrətinin bütün dünyada ildən-ilə daha geniş yayılması bu şəhərə gələn turistlərin sayında son 5 ildə hər il yeni rekordun qeydə alınması ilə nəticələnib. İndi Azərbaycanda, xüsusən də respublikanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalanda turizmin inkişafı üçün görülmüş bütün işlər - şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin, sanatoriyaların tikilməsi ilə yanaşı, həm də turist məmnunluğunun yaradılmasını zəruri edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Gözəl Naftalan” sanatoriyasının dəstəyi ilə mərkəzdə ilk dəfə olaraq turistlərə göstərilən xidmətin daha da yüksəldilməsi və turist məmnunluğun təmini məqsədilə burada “Naftalan 24/7” satıcısız mağaza fəaliyyətə başlayıb.

Pilot layihə kimi istifadəyə verilən mağazada turistlərin daha çox ehtiyacı olan 20-dək çeşiddə tələbat malları satışa çıxarılıb.

Mağazadakı məhsullar arasında, həmçinin “Naftalan məlhəmi” MMC-nin hazırladığı diş pastaları, kremlər, yağlar, şampunlar, sabunlar və digər təbii tərkibli, müalicəvi əhəmiyyətli məhsullar yer alıb. Mağazada satışa çıxarılmış məhsulların qiyməti 50 qəpikdən - 10 manatadək təşkil edir.

Qeyd edək ki, sahibkar Elvin Əliyev turistlərin və şəhər sakinlərinin məmnunluğuna xidmət edən bu tipli layihələrin gələcəkdə də davam etdiriləcəyini və satışın nağdsız ödəmələr vasitəsilə aparılacağını deyib.

Naftalanda ilk satıcısız mağazanın fəaliyyətə başlaması xarici turistlər tərəfindən də məmnunluqla qarşılanıb.

Turistlər arasında Rusiyadan olanlar üstünlük təşkil edir. Moskvadan gələn Vladimir Mamonov indiyədək dünyanın bir çox istirahət mərkəzlərində - Çexiyada Karlovı Varıda, Krımdakı, Şimali Qafqazdakı və MDB məkanındakı sanatoriyalarda istirahət etdiyini deyib. Ancaq oralarda belə mağaza görməyib. “Naftalan 24/7” mənim gördüyüm və turistlər üçün nəzərdə tutulmuş ilk satıcısız mağazadır. Naftalanda belə bir mağazanın fəaliyyətə başlaması mənim üçün çox xoş oldu. Bu, müştərilərə, xüsusən də xarici turistlərə olan böyük diqqət və inamdır. İndi biz istədiyimiz vaxt özümüzə lazım olan malları bu mağazadan ala bilərik. Budur, mağazadan Naftalan nefti əsasında hazırlanan müalicəvi şampun almışam. Qonaqpərvər və xoşniyyətli bir mühitdə istirahət etmək məndə məmnunluq yaradır. Düşünürəm ki, gələn il xanımımla bu gözəl məkana mütləq bir də gəlməliyəm”, - deyə o bildirib.

Yunanıstandan gələn Lyudmila Turingina isə deyib: “Rusiya vətəndaşıyam, lakin hazırda Yunanıstanda yaşayıram. Avropada ancaq fermerlər bu tipli mağazalarda öz məhsullarını müştərilərə təqdim edirlər. O mağazalarda ödəmələr satıcısız, yalnız inam əsasında həyata keçirilir. Ona görə də mən Avropada və digər ölkələrdəki sanatoriyalarda turistlərə xidmət göstərən bu cür satıcısız mağaza görməmişəm. Bəzən biz turistlər gələrkən nəyisə evdə unuduruq. Ona görə də məhz bizə xidmət göstərən belə mağazalara ehtiyacımız olur. Təqdirəlayiq təşəbbüsdür”.

Rusiyadan olan digər turist Svetlana Baruzina da yeni fəaliyyətə başlayan “Naftalan 24/7” satıcısız mağazasının ilk müştərilərindəndir. O deyib: “Mən buradan təbii məhsullar - Naftalan nefti əsasında hazırlanmış diş məcunu və üz dərisi üçün krem almışam. İnanıram ki, bu vasitələrlə mən cavanlığımı, gözəlliyimi, dərimin təravətini və sağlam təbəssümümü qoruyub saxlaya biləcəyəm. Bu məhsulların heç birində kimyəvi qatqılar yoxdur. Satışa çıxarılan bütün məhsullar təbii vasitələrdən hazırlanıb. Ümumiyyətlə, mən “Gözəl Naftalan”da aldığım müalicənin səmərəsini heç bir ölkədəki müalicə ilə müqayisə edə bilmərəm. Artıq ikinci dəfədir “Gözəl Naftalan”da müalicə alıram və gələcəkdə yenə gəlməyi düşünürəm. Əla müalicə və xoş ünsiyyət mənim kimi hər bir turistin əsas istəyidir. Bu şansı qazandığıma görə bizi düşünən insanlara təşəkkür edirəm”.

Mahaçqaladan olan turist Maqomed Malomaqomedov isə bildirib ki, doğmalarının tövsiyəsi ilə ilk dəfə olaraq bu sanatoriyada müalicə alır. “Düzünü desəm, bu cür yüksək xidmət və peşəkar kollektivlə əhatə olunacağımı təsəvvür etmirdim. Bu gün müalicə aldığım “Gözəl Naftalan”da fəaliyyətə başlayan yeni tipli mağaza turist məmnunluğuna xidmət edən xoşniyyətli təşəbbüsdür. Burada bizə lazım olan əsas mallar var. Mən bu xoşniyyətli təşəbbüsü alqışlayıram və vasitəçilərə minnətdarlığımı bildirirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb