Naftalanda yeddi kilometr uzunluğunda ilk veloyol istifadəyə verilib
Naftalan, 27 iyul, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən olan və unikal tərkibli müalicəvi neftinə görə məşhur olan Naftalanda şəhər infrastrukturunun inkişafı üçün yeni-yeni layihələrin icrası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, şəhər sakinlərinin, yerli və xarici turistlərin rahatlığının təmin olunması, eləcə də velosiped həvəskarlarının daha rahat hərəkəti üçün şəhərdə 7 kilometrə yaxın velosiped zolağı çəkilib.
Hazırda şəhərdə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turistlər üçün yeni istiqamətverici turizm məlumat və ərazi göstərici nişanları quraşdırılır.