Nağıllar aləminə səyahət adlı tədbir keçirilib
Bakı, 31 may, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Nağıllar aləminə səyahət” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi “Uşaq dünyası – nağıl aləmidir!” şüarı ilə uşaqlarda kitaba sevgi və maraq oyatmaqdır.
Görüşün aparıcısı Aysel Qəhrəmanlı uşaqlara italyan yazıçı Karlo Kollodinin “Pinokkio” nağılını oxuyaraq, onlarla interaktiv oyunlar təşkil edib. Uşaqların ifasında şeir, mahnı və rəqslər nümayiş olunub.
Sonda muzey uşaqlara kitablar hədiyyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]