Nailiyyətlər əldə etmiş gimnastlarımıza “İdman ustası” adı verilib
Bakı, 1 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyi gimnastika sahəsində nailiyyətlər qazanmış idmançıların bir qrupunu “İdman ustası” fəxri adı ilə təltif edib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 2020-ci ildə Kiyevdə keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanmış qrup hərəkətləri komandamızın üzvləri - Məryəm Səfərova, Darya Sorokina, Yelizaveta Luzan, gənclər arasında ilk dünya çempionatının (2019-ci il) gümüş və bürünc medalçısı - Arzu Cəlilova, həm Avropa, həm də dünya çempionatının finalçısı Nərminə Səmədova bu ada sahib olublar.
Təltif olunanlar arasında gimnastikanın daha iki növünün təmsilçiləri də var. Kişi idman gimnastikası üzrə yığma komandanın üzvü, “Tokio-2020” Olimpiya Oyunlarına lisenziya qazanmış İvan Tixonov və Bakıda keçirilmiş aerobika gimnastikası üzrə Avropa çempionatının (2019-cu il) qalibləri, aerodans komandasının üzvləri - Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva, Akif Kərimli, Ayxan Əhmədli, Nigar İbrahimbəyliyə “İdman ustası” fəxri adı verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
- 07.06.2026 [19:08]
Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]