NARKOTİK VASİTƏ MÜSADİRƏ OLUNMUŞDUR
Quba Rayon Polis Şöbəsi əməkdaşları Mirzəqışlaq və Qaraçay kəndlərinin sakinləri, əvvəllər məhkum olunmuş Mirqasım Babayev və Xalid Əmirəliyevdən 59,38 qram marixuana götürmüş, narkotik vasitəni onlara 1 milyon manata satmış Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Dadaş Rüstəmovu həbsə almışlar.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları isə Biləcəri qəsəbəsinin sakini Vidadi Məlikovdan 0,225 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmış, araşdırma aparılır.