Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakinində 1 kiloqram heroin aşkarlanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynov tutulub.
Şəxsi axtarış zamanı ondan 1 kiloqram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.