Nasistlərin keçmiş villası hərracda satılıb
Berlin, 3 iyul, AZƏRTAC
Almaniyada “Günəş altında ev” adlı villa hərracda satılıb.
AZƏRTAC xəbər verir ki, ölkənin ən gözəl villalarından biri sayılan bu malikanə sahəsi 1,2 hektar olan park və üzümlüklə bərabər satılıb.
“Günəş altında ev” villasını məşhurlaşdıran kədərli fakt ondan ibarətdir ki, vaxtilə o, Adolf Hitlerin ögey bacısına məxsus olub və nasist rəhbərlərin qəbul mərasimləri çox vaxt burada keçirilirdi. Nasistlərin diktatoru özü, habelə German Gerinq də buraya gəlirdi.
Villanı 4,5 milyon avroya almış biznesmen məşhur şəxs deyil və mətbuatdan uzaq olmağa çalışır.
Bu da məlumdur ki, Almaniya Demokratik Respublikası dövründə bu ev Drezdendəki diş kosmetikası şirkətinə məxsus olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]