CƏMİYYƏT
Natalya Jukova: “Nine Senses Fest” ruh, bədən və ağıl istiqamətləri arasında təcrübələr festivalıdır

Bakı, 26 sentyabr, AZƏRTAC
“Nine Senses Fest” beynəlxalq festivalı ruh, bədən və ağıl istiqamətləri arasında təcrübələr festivalıdır.
Bunu AZƏRTAC-a “Nine Senses”in akademik direktoru və “Nine Senses Fest” beynəlxalq festivalının kuratoru Natalya Jukova deyib. O qeyd edib ki, festivalın əsas məqsədi üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival iştirakçılarına təqdim etməkdir. Festivalda Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri keçiriləcək.
“Biz sizə dünyanın müxtəlif ölkələrindən ən yaxşı mütəxəssisləri, istiqamət hedlaynerlərini və mənəvi saflığa xidmət edən məktəblərin rəhbərlərini dəvət etmişik. Festival 3 məkanda keçiriləcək. Festivalın birinci günü, yəni oktyabrın 6-da “The Club Port Baku”da, oktyabrın 7-8-də isə “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində və “Sea Breeze Resort”, həmçinin “Sea Breeze Event Hall”da keçiriləcək. Biletlər artıq satışa çıxarılıb. Biletlərin qiyməti 150 manat təşkil edir. Məbləğə 3 gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir. Biletləri https://fest.ninesenses.az/az/ saytından onlayn formada əldə edə bilərsiniz, həmçinin buradan festivalın proqramı ilə də tanış olmaq mümkündür. Bundan əlavə festival haqqında geniş məlumat əldə etmək üçün https://www.instagram.com/ninesensesfest/ instaqram səhifəsindən və +994103100203 nömrəsi ilə əlaqə saxlamaq olar. Hər kəsi festivalda gözləyirik”, - deyə Natalya Jukova qeyd edib.