NATO Baş katibinin xüsusi nümayəndəsi Gürcüstan rəsmiləri ilə bölgədəki təhlükəsizlik məsələlərini müzakirə edib
Tbilisi, 2 iyul, AZƏRTAC
Tbilisidə səfərdə olan NATO-nun Baş katibinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, Parlamentin sədri Kaxa Kuçava və digər rəsmi şəxslərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşlərdə Cənubi Qafqazda cərəyan edən proseslər, regionda təhlükəsizlik və sülh məsələləri, eləcə də Gürcüstanın Avro-Atlantik strukturlara inteqrasiyası diqqət mərkəzində olub.
NATO rəsmisi regionda baş verən prosesləri diqqətlə izlədiklərini, davamlı sülhün və təhlükəsizliyin bərqərar olması üçün Gürcüstanın rolunu qeyd edib.
Söhbət zamanı NATO Hərbi Komitəsinin nümayəndə heyətinin bölgəyə və Gürcüstana səfəri barədə fikir mübadiləsi aparılıb, tərəflər bu səfərin tezliklə reallaşmasının vacibliyini qeyd ediblər.
Gürcüstan Prezidenti Salome Zurabişvili Ceyms Appaturayı ordenlə təltif edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]