ORDU
NATO nümayəndəsi Azərbaycan sülhməramlıları ilə görüşüb
Bakı, 1 iyun, AZƏRTAC
Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyənin İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi, diviziya generalı Erhan Uzun Azərbaycan sülhməramlıları ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasında ölkəmizin səylərini xüsusi qeyd edən diviziya generalı Azərbaycanın NATO ilə əməkdaşlığını, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəni və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığını yüksək qiymətləndirib.