NATO-nun sabiq generalı: Bu il Rusiya-Ukrayna müharibəsində atəşkəs əldə olunacaq
Kiyev, 3 yanvar, AZƏRTAC
2023-cü ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə atəşkəsin əldə olunmasını gözləmək olar.
AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Funke nəşrinə müsahibəsində NATO-nun keçmiş generalı Hans-Lotar Domrez bildirib.
“Yayın əvvəlində hər iki tərəfin istəyəcəyi bir atəşkəs gözləyirəm. 2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik”, - deyə o vurğulayıb.
Onun fikrincə, fevral-may aylarında elə bir vəziyyət yaranacaq ki, hər iki tərəf heç yerə getməyəcəklərini başa düşəcək. NATO-nun sabiq generalının sözlərinə görə, bu, atəşkəslə bağlı danışıqlar üçün imkan yaradacaq. Amma bu, uzun müddət sülh demək deyil.
"Atəşkəs o deməkdir ki, atəşi dayandırırıq. Danışıqlar yəqin ki, uzun çəkəcək, vasitəçilərin BMT-nin Baş katibi Quterreşin, Türkiyə Prezidenti Ərdoğanın olması mümkündür”, - deyə Hans-Lotar Domrez əlavə edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]