Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN MR ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Bu gün müstəqil Azərbaycanın hər bir guşəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da quruculuq tədbirləri görülür, abadlıq işləri aparılır. İqtisadi sahədə inkişaf artan ahənglə davam edir. Bütün bunlar möhtərəm Heydər Əliyevin yaratdığı sabitliyin bəhrələridir. Onun Azərbaycanın bütün bölgələrinin inkişaf etdirilməsi barədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinin əyani təzahürləridir.

Hörmətli cənab Prezident!

Vaxtınızı çox almamaq üçün, möhtərəm Heydər Əliyevin muxtar respublikaya 1999-2002-ci illərdəki səfərlərindən sonra həyata keçirilmiş tədbirlər, görülmüş işlər barədə qısa məlumat vermək istəyirəm.

Əhalinin güzəranının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi davam etdirilmiş, sosial infrastrukturun inkişafına, hərbi quruculuğa diqqət artırılmış, vəsaitlər, əsasən, bölgələrin, sərhəd və dağ kəndlərinin inkişafına, şəhərlərin və rayon mərkəzlərinin abadlaşdırılmasına yönəldilmişdir.

İqtisadi və sosial inkişafı xarakterizə edən əsas göstəricilər 2000-ci illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Əgər 2000-ci ildə 430 milyard manatlıq ümumi məhsul istehsal edilmişdisə, 2003-cü ildə 2 dəfədən çox artaraq, 911 milyard manata çatdırılmışdır. Bu müddət ərzində sənaye məhsul istehsalı 1,4 dəfə, tikintidə əsaslı kapital qoyuluşu 5,4 dəfə, nəqliyyat xidmətinin həcmi 2,5 dəfə artmışdır. Əhalinin pul gəlirləri 187 milyard manatdan 855 milyard manata çatmış, onun nominal həcmi xeyli yüksəlmişdir.

Bütün kateqoriyalar üzrə kənd təsərrüfatı məhsulu istehsalı 2000-ci ildə 207 milyard manat təşkil etmişdisə, ötən il bu göstərici 359 milyard manat olmuş və ya 1,7 dəfə artmışdır. Xüsusi mülkiyyətə olan marağın nəticəsidir ki, muxtar respublikanın bütün təsərrüfat kateqoriyaları üzrə 1 aprel 2004-cü ilə qaramalın sayı 83 min başa, davarın sayı isə 535 min başa çatmışdır. 2002-ci ilin müvafiq dövrü ilə müqayisədə qaramalın sayı 20 min baş, davarın sayı isə 149 min baş artmışdır.

Daxili bazarın tələbatını nəzərə alan təsərrüfatçılar 2003-cü ildə bir sıra əsas məhsulların istehsalını artırmışlar. Belə ki, 14 min ton kartof, 53 min ton tərəvəz, 42 min ton bostan məhsulları, 28 min ton meyvə yığılmışdır. 2000-ci illə müqayisədə kartof istehsalı 1,2 dəfə, tərəvəz 1,9 dəfə, bostan məhsulları 1,2 dəfə, meyvə istehsalı isə 3,7 faiz çox olmuşdur.

Son dörd ildə taxılçılıqda məhsuldarlıq hər hektarda 29,2 sentnerdən 37,4 sentnerə çatdırılmış və ya 8,2 sentner artmışdır. Ümumiyyətlə, taxılçılıq muxtar respublikada özünü ən perspektivli sahələrdən biri kimi təsdiq edə bilmişdir. 2003-cü ildə 46 min hektar əkin sahəsinin 21 min 886 hektarında, yaxud 46,9 faizində dənli və paxlalı bitkilər yetişdirilmişdir. Həmin sahələrdən 81 min ton məhsul, o cümlədən 73 min ton buğda və arpa, 4 min tondan çox dənli paxlalılar, 4200 ton qarğıdalı yığılmışdır.

Müqayisə üçün demək istəyirəm ki, keçmiş Sovetlər Birliyi dövründə muxtar respublikanın taxılçılıq sahəsindəki ən yüksək göstəricisi 1987-ci ildə qeydə alınmışdı. O zaman 27 min ton taxıl istehsal olunmuşdu. Hazırda taxıl istehsalı o dövrlə müqayisədə 2,7 dəfə, 2000-ci ilə nisbətdə isə 1,5 dəfə artmışdır. Lakin bu, son hədd deyildir. Taxılçılığın inkişafı ilə bağlı şərait, daxili bazarın formalaşması, 10-dək un dəyirmanının tikilib istifadəyə verilməsi, bir dəyirmanda isə tikinti işlərinin aparılması bu sahəyə marağı daha da artıracaqdır. Muxtar respublikada taxılçılığın inkişafının bir səbəbi də məhsuldar toxum bazasının yaradılması, xüsusilə hörmətli akademikimiz Cəlal Əliyevin yüksək məhsuldar buğda sortlarından geniş istifadə olunmasıdır. Bu amil taxılçılığın iqtisadi səmərəsinin artırılmasına müsbət təsir göstərmişdir.

Aqrar bölmədə sənaye əhəmiyyətli şəkər çuğunduru istehsalının da özünəməxsus yeri vardır. Möhtərəm Heydər Əliyevin tapşırığına əsasən, 1992-ci ildə təcrübə-sınaq məqsədi ilə əkilməyə başlayan şəkər çuğunduru sahələri sonrakı illərdə xeyli artmışdır. Əgər 1995-ci ildə 7 min ton şəkər çuğunduru istehsal edilmişdisə, 2003-cü ildə 18,4 dəfə çox, yəni 129 ton məhsul götürülmüşdür.

Dövlət proqramında blokada şəraitində yaşayan muxtar respubikanın elektrik enerjisinə olan tələbatının tam ödənilməsi, qaz təchizatı sisteminin yenidən qurulması, yeni istehsal sahələrinin yaradılması və bərpası, sosial infrastrukturun və turizmin inkişaf etdirilməsi, əhalinin sosial müdafiəsi kimi vacib sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində saxlanılmışdır. Dağlıq ərazilərdə kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi, muxtar respublikada üzümçülüyün, taxılçılığın, heyvandarlığın, ipəkçiliyin, tərəvəzçiliyin, arıçılığın inkişafına dair tədbirlərin həyata keçirilməsi, yüngül sənaye və emal müəssisələrinin bərpası, suvarma əkinçiliyinin genişləndirilməsi sahəsində müəyyənləşdirilmiş tədbirlər uzun müddətə hesablanmış fəaliyyət proqramıdır.

Ölkə rəhbərinin qayğısı imkan verir ki, gələcəkdə muxtar respublika əhalisinin bəzi məhsullara olan tələbatını öz daxili imkanlarımız hesabına ödəyə bilək. Hazırda bu istiqamətdə tədbirlər görülür. Artıq bu gün Naxçıvan Muxtar Respublikasında tələbatdan çox meyvə, tərəvəz, bostan, arıçılıq və heyvandarlıq məhsulları istehsal olunur. Blokada ilə əlaqədar onların kənara aparılması və satışının təşkil edilməsində problemlərimiz var. Amma vaxt var idi ki, bu məhsullar daxili tələbatı ödəyə bilmirdi, çətinliklər yaranırdı.

Əvvəllər olduğu kimi, 2003-cü ildə və cari ilin ötən dövründə sosial təyinatlı obyektlərin tikintisi diqqət mərkəzində saxlanılır. Bu dövrdə istifadəyə verilən 300-dək obyektin, quruculuq və abadlaşdırma işlərinin 85 faizi sosial xarakterli olmuşdur. 2390 yerlik 10 məktəb binası tikilib istifadəyə verilmişdir. 2004-cü ildə də təhsil vacib sahə kimi qalır. 3120 yerlik 10 məktəb binasının, Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsi üçün 600 yerlik yeni tədris korpusunun tikintisi aparılır. Sizin qayğı və himayənizlə Naxçıvan şəhərinin Babək məhəlləsində ümummilli liderimiz, möhtərəm Heydər Əliyevin adını daşıyan, müasir tələblərə cavab verən 1200 yerlik məktəb binasının tikintisi muxtar respublikanın təhsilinə əvəzsiz töhfənizdir. Bu xüsusi qayğınıza görə, Sizə bir daha ehtiramımızı bildiririk.

Ötən dövrlərdə elmin inkişafı, ali təhsil müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüş, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin rəyasət heyəti və elmi tədqiqat institutları üçün 2 bina əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, Naxçıvan Dövlət Universitetində iki yeni fakültə, iki kafedra yaradılmış, 3 yeni ixtisas açılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı müstəqil instituta çevrilmiş, bu tədris ocağının maddi-texniki bazası xeyli yaxşılaşmışdır.

Təhsillə yanaşı mədəniyyətin, səhiyyənin inkişafına da diqqət artırılmışdır. 2003-cü ildə Naxçıvanda elan olunmuş Heydər Əliyev ilinin ölkələrarası əlaqələrin və mədəni mühitdə ən mühüm göstəricisi qardaş Türkiyənin Qars şəhərində ümummilli liderimizin abidəsinin ucaldılması və onun adını daşıyan parkın salınmasıdır. Həmçinin Mömünə xatın, Qarabağlar türbə və minarə kompleksləri bərpa olunmuş, Naxçıvan Dövlət Dram Teatrında, 2 rayon tarix-diyarşünaslıq muzeyində, xalça muzeyində əsaslı yenidənqurma və bərpa işləri aparılmış, Culfa rayonundakı Xanəgah kompleksinin, Naxçıvan şəhərindəki Şərq hamamının bərpası davam etdirilmiş, kənd və rayonlardakı 2 uşaq musiqi məktəbində, kinoteatr və klublarda, şəhidlər kompleksində yenidənqurma işləri görülmüş, Şahbuz qəsəbəsində soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.

Əhaliyə göstərilən səhiyyə xidməti yaxşılaşdırılmış, akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasının binasında, fizioterapiya xəstəxanasının duzlaq şöbəsində əsaslı təmir işləri aparılmış, həmin tibb müəssisələri ən müasir avadanlıqla təchiz edilmişdir. Naxçıvan Muxtar Respublikasının xəstəxanasında naftalanla müalicə şöbəsi yaradılmış, rentgen aparatları alınaraq quraşdırılmışdır.

Ötən dövrlərdə bədən tərbiyəsi və idmana xüsusi diqqət yetirilmişdir. Muxtar respublikada istifadəyə verilən yeni məktəb binalarının hamısında idman salonu və açıq idman meydançaları yaradılır. Sizin təşəbbüsünüz və himayənizlə yaradılan Olimpiya idman kompleksi və Üzgüçülük Mərkəzi muxtar respublikada idmanın inkişafına, gənc nəslin sağlam böyüməsinə ən böyük qayğıdır. 2003-cü ilin iyun və iyul aylarında Naxçıvanda 4 qitənin 30 ölkəsindən gəlmiş 77 gənc şahmatçının iştirakı ilə 20 yaşadək gənclər arasında dünya çempionatının keçirilməsi müstəqil Azərbaycanın idman tarixində ən mühüm hadisələrdən birinə çevrilmişdir.

Cənab Prezident, bütün bunlara görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Muxtar respublika iqtisadiyyatının inkişafında islahatların aparılması və özəlləşdirmə prosesi həlledici əhəmiyyətə malikdir. Bu prosesin əsası möhtərəm Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə qəbul olunan qərarlarla qoyulmuşdur. Muxtar respublikada 536 min hektar torpaq sahəsindən, 56 min hektarı əhalinin xüsusi mülkiyyətinə, 302 min hektarı bələdiyyələrin mülkiyyətinə verilmiş, 177 min hektar isə dövlət mülkiyyətində saxlanılmışdır.

Kiçik müəssisələrin özəlləşdirilməsi başa çatmaqdadır. Ticarət, ictimai-iaşə sahələri və digər xidmət obyektləri iş adamlarının əlində cəmləşmişdir. Bu gün muxtar respublikada əhalinin 76,5 faizi qeyri-dövlət bölməsində çalışır. Ümumi məhsul istehsalının 86 faizi özəl bölmənin payına düşür. Bu göstərici sənaye istehsalında 63 faiz, nəqliyyatda 71 faiz, kənd təsərrüfatında isə 99,8 faiz təşkil edir. Bütövlükdə məhsul istehsalında dövlət bölməsində 39 faiz, qeyri-dövlət bölməsində isə 49 faiz artım əldə edilmişdir. 2003-cü ildə dövlət mülkiyyətində olan müəssisələrin sayı 5,5 faiz azaldığı halda, özəl müəssisələrin sayı 13,1 faiz artmışdır. Özəl bölmənin inkişafı nəticəsində təkcə 2003-cü ildə 500-ə yaxın yeni iş yeri açılmışdır. Sədərək və Şahbuz rayonlarında fəaliyyətə başlayan tikiş sexləri, Naxçıvan, Culfa, Babək və Şərur rayonlarında istifadəyə verilən un dəyirmanları, çörək və makaron məmulatı istehsalı müəssisələri 80 nəfərin işlə təmin olunmasına şərait yaratmışdır.

Möhtərəm Heydər Əliyevin himayəsi və qayğısı ilə yaradılan AMEA-nın Naxçıvan bölməsinin fəaliyyətə başlaması, beynəlxalq hava limanının istifadəyə verilməsi, Vayxır dəryaçasının tikintisinin aparılması, muxtar respublikada 57 yeni icra nümayəndəliyinin yaradılması, Ordubad milli parkının və Şahbuz dövlət qoruğunun təşkil edilməsi, cənab Prezident, Sizin himayənizlə Naxçıvan Muxtar Respublikasında yeni Kəngərli rayonunun yaradılması hesabına 2285 nəfər sakinə yeni iş yerləri açılmışdır.

Ölkə Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar olaraq, yeni müəssisələrin yaradılması və yaxud bərpası, sahibkarlığın inkişafı, aparılan tikintilər və istifadəyə verilən obyektlərin nəticəsində 4 min nəfərə yaxın adamı daimi və ya müvəqqəti iş yerləri ilə təmin etmək mümkün olmuşdur.

Qısa çıxışda muxtar respublikada ötən dövr ərzində görülən bütün işləri əhatə etmək mümkün deyildir. Əmək tutumlu sahələrin yaradılması, görülən tədbirlər, əldə edilən nailiyyətlər barədə məlumat verməklə problemlərin olmadığını demək niyyətində deyilik. İş olan, quruculuq olan yerdə problemlərin olması təbiidir.

Cənab Prezident, əsas odur ki, onların həll ediləcəyinə inanırıq, çünki Sİzin rəhbərliyinizlə biz bütün zamanların sınağından çıxmış möhtərəm Heydər Əliyevin yolu ilə gedirik.

Çıxışımı Prezident İlham Əliyevin aşağıdakı fikirləri ilə tamamlamaq istəyirəm: Bizdə bütün imkanlar, təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək, bir nöqtəyə vuraraq, Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.

Diqqətinizə görə sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə geniş nitq söylədi.

(Dövlətimizin başçısının nitqi qəzetin birinci səhifəsində dərc olunur).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH