Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan müstəqillik və dövlətçilik uğrunda mübarizənin ön cərgəsində yer alıb

Naxçıvan müstəqillik və dövlətçilik uğrunda mübarizənin ön cərgəsində yer alıb

1990-cı il yanvarın 19-da işğal təhlükəsi altında olan muxtar respublika SSRİ-nin tərkibindən çıxdığını elan etməklə mühüm addım atdı

Naxçıvan, 19 yanvar, AZƏRTAC

Qədim Naxçıvan diyarı tarixin bütün dövrlərində olduğu kimi, XX əsrdə də Azərbaycanda gedən ictimai-siyasi proseslərdə aparıcı rol oynamaqla, mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən öz müqəddəs amalına - istiqlalına qovuşmasında əvəzsiz xidmətlər göstərib.

Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Dünyaya meydan oxuyan böyük bir imperiya artıq çökmək üzrə idi. 1989-cu ilin dekabrında muxtar respublikada sərhədlərdəki dirəklərin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Qısa müddət sonra mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. Bu faciəyə qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər.

Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvanda həmin il yanvarın 19-da xalqın tələbi ilə muxtar respublikanın Ali Sovetinin sessiyası çağırıldı. Sessiyada muxtar respublikasının Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul olundu. Bu, keçmiş İttifaqda misli görünməmiş bir hadisə idi. Çünki Sovetlər İttifaqının yaşadığı dövrdə onun dağılmasına ilk zərbəni vurmağa heç bir xalq, heç bir müttəfiq respublika və ya muxtar respublika cəsarət etməmişdi. Bunu yalnız Vətən uğrunda, azadlıq, müstəqillik uğrunda ölümə meydan oxuyan qəhrəman naxçıvanlılar edə bilmişdi.

Bu dövrdə Naxçıvanda baş verən hadisələr ulu öndər Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” Fərmanında (4 fevral 1999-cu il) belə xarakterizə olunmuşdu: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumqoşun şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi”.

Azərbaycanda, o cümlədən onun Naxçıvan Muxtar Respublikasında milli şüurun, azadlıq yanğısının bu səviyyəyə yüksəlməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli Lider hələ Dövlət Təhlükəsizliyi Komitəsində çalışarkən bu qurumdakı bədxahlarımıza - xalqımızın sabahına əngəl törətməyə çalışanlara, milli kadrların irəli getməsinə mane olanlara qarşı mübarizənin önündə gedirdi. Ondan başqa həmin mübarizəni təşkil edə biləcək bir kimsə yox idi. Dahi şəxsiyyət 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə hələ neçə illər sonra əldə edəcəyimiz dövlət müstəqilliyinə böyük lider məharəti ilə hazırlaşırdı. O, Azərbaycanın sabahını quracaq çoxminli kadrlar ordusunun yetişdirilməsini, ölkənin iqtisadi qüdrətinin və hərbi potensialının artırılmasını daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər Heydər Əliyevin böyük məharətlə nail olduğu bu üç amil siyasi uzaqgörənlik nümunəsi idi. Nəticədə nə oldu? Müstəqil Azərbaycan dövləti qurulanda bizim artıq yüz minlərlə ixtisaslı kadrımız, ali təhsilli mütəxəssisimiz vardı. Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşanda ölkədə SSRİ büdcəsi hesabına tikilib istifadəyə verilmiş onlarla nəhəng sənaye müəssisəsi, çoxlu sayda hərbi texnika, qurğu və avadanlıq var idi. Ən başlıcası hərb elminin bütün incəliklərinə dərindən bələd olan milli kadrlarımız yetişdirilmişdi. Bütün bunlar dahi şəxsiyyətin böyük siyasi bəsirətinin nəticəsi idi və məhz həmin səbəbdən də xalq Heydər Əliyevi özünün Ulu Öndəri adlandırır.

Ümummilli Lider bu xalqa milli hədəflərə çatmağın yollarını göstərmiş, azadlığın, müstəqilliyin milli-ideoloji aspektlərini hələ Sovetlər İttifaqı dönəmində müəyyənləşdirmişdi. 1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar Ümummilli Liderimizin ölkəmizə rəhbərliyinin birinci dövründə həyata keçirdiyi tədbirlərlə Azərbaycan xalqına aşıladığı cəsarətdən, müstəqillik ideyalarından qaynaqlanırdı.

Ulu Öndərin xalqımıza müstəqillik ideyaları aşılaması heç də təsadüfi deyildi. Birincisi, uzaqgörən siyasi xadim siyasi-iqtisadi proseslərə nəzərən sovet imperiyasının gec-tez dağılacağına əmin idi. Digər tərəfdən, bu imperiyanın milli kimliyimizə vura biləcəyi zərbədən qorunmaq, daha doğrusu, milli varlığımızı qoruyub saxlamaq üçün milli ideologiyanın daşıyıcıları olan milli kadrların mövcudluğunun əhəmiyyətini anlayırdı. Bu imperiyanın öz varlığını davam etdirmək üçün çox qəddar üsullara əl ata biləcəyini də yaxşı bilirdi. Bir müddət sonra Ulu Öndərin haqlı olduğu öz təsdiqini tapdı. Özünü dünyaya sülh carçısı, xalqların qardaşlığının, humanizmin tərəfdarı kimi təqdim edən keçmiş Sovet İttifaqının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc, əliyalın əhaliyə qarşı amansızlıq nümayiş etdirməsi onun həqiqi simasını bir daha göstərdi.

Yanvar qırğınının başvermə səbəbləri haqqında müxtəlif fikirlər söylənsə də, ötən 26 ildə tam sübut olunub ki, qırmızı imperiyanın bu faciəni törətməkdə digər dəhşətli planı Bakıya qoşun yeridərək diqqəti paytaxta yönəltmək, anklav şəraitində yaşayan, köməksiz qalan Naxçıvanın Ana Vətən ilə əlaqəsini kəsməklə bu qədim diyarın ermənilər tərəfindən işğalına şərait yaratmaq idi.

20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının düşmən Ermənistan ilə sərhədlərində baş verən hadisələr məhz sovet imperiyasının bu çirkin niyyətinin reallaşmasına xidmət edirdi. 1989-cu il dekabrın 14-də güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri yanvarın 19-da səhər təxminən saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdilər. İlk dəfə həmin gün Sədərək top atəşinə tutuldu. Ermənilərin eyni vaxtda cidd-cəhdlə bütün istiqamətlərdən muxtar respublikaya hücum etməsi onu göstərirdi ki, xain qonşularımız Bakıya qoşun yeridiləcəyindən və bununla da Naxçıvanın köməksiz qalacağından xəbərdar idilər. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi.

Həmin ərəfədə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Kərkinin işğalı 20 Yanvar Bakı qırğının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Sədərəyə silahlı basqınlarının başlanğıcı oldu.

Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gələrək Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək qədim diyarın müdafiəsində iştirak etdilər. Bu vəziyyət sovet rəhbərliyini də çaş-baş saldı.

Həmin günlərdə Naxçıvanda sovet ordusunun erməni hərbi birləşmələrinə dəstək verməsinə, SSRİ rəhbərliyinin təcavüzkar hərəkətlərə göz yummasına qarşı ciddi etiraz dalğası yarandı.

1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək özünü müstəqil respublika elan etməsi də məhz belə bir çətin, təhlükəli şəraitdə baş vermişdi. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilirdi.

Naxçıvanın işğal təhlükəsindən qorunmasında, həmin tarixi qərarın qəbul edilməsində bölgənin muxtariyyət statusu mühüm rol oynamışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın 85 illik yubiley tədbirindəki çıxışında bu barədə deyib: “Ötən əsrin 90-cı illərində - bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratmışdır. 1990-cı il yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin 7-ci Ordusunun köməyi ilə muxtar respublikanın Kərki kəndi ermənilər tərəfindən işğal olunandan sonra, yanvarın 19-da Naxçıvan Ali Soveti “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yaranmış ictimai-siyasi vəziyyət haqqında” məsələni müzakirəyə çıxarmış, “Naxçıvanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından və beynəlxalq Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğundan” Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etmişdi. Qeyd etmək lazımdır ki, bu qərar Sovetlər Birliyinin dağılması, Azərbaycan xalqının və digər müttəfiq respublikaların xalqlarının suverenlik əldə etməsi üçün atılmış ilk addımlardan idi”.

Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana təcavüzünə yönəltmişdi. Ən əsası isə dağılmaz deyilən qüdrətli Sovet İttifaqının çöküşü də məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş oldu.

Bakıdakı Qanlı Yanvar qırğınından sonrakı dövr - 1990-cı ilin fevral, mart, aprel, may ayları da blokada vəziyyətində olan Naxçıvanda çox gərgin keçdi. Biçənək, Şada, Gərməçataq, Sədərək, Havuş kəndləri erməni hücumlarına məruz qaldı. 1990-1993-cü illərdə ermənilərin 14 hücumu zamanı Sədərək 109 şəhid verdi.

Belə bir çətin dövrdə - 1990-cı il iyulun 22-də doğulub boya başa çatdığı Naxçıvana gələn ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşən qədirbilən naxçıvanlılar qanları bahasına doğma yurdumuzu qorudular. 1991-ci il sentyabrın 3-də Naxçıvanda yaşayan Heydər Əliyev əhalinin ciddi təkidi ilə muxtar respublikanın Ali Məclisinə sədr seçilməyə razılıq verdi. O, muxtar respublikaya başçılıq etməyə başladığı ilk gündən təcili tədbirlər görməyə başladı. 1991-ci il sentyabrın 7-də Naxçıvanın Dövlət Müdafiə Komitəsi təşkil olundu, dekabrın 16-da muxtar respublikanın Ali Məclisi hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul etdi. 1992-ci il yanvarın 13-də Ali Məclis qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsini tələb edən bəyanat qəbul etdi. 1992-ci ilin martın 24-də Ankarada Naxçıvan Muxtar Respublikası və Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı. Qars müqaviləsinin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar aparıldı. Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar bəyanat verdi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ilin avqustunda “İran İslam Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq haqqında” sənəd imzalandı. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı-Poldəşt keçid məntəqələri inşa olundu. Muxtar respublika üçün həyati əhəmiyyət kəsb edən, xalq arasında “Ümid körpüsü” adlandırılan Sədərək körpüsü tikildi.

1993-cü il fevralın 5-də Naxçıvanda Türkiyənin, martın 8-də isə İranın konsulluqları fəaliyyətə başladılar. Heydər Əliyev ABŞ-ın, Türkiyənin, İngiltərənin, Fransanın səfirləri ilə keçirdiyi görüşlərdə dünya dövlətlərinin diqqətini Azərbaycandakı vəziyyətə cəlb edə bildi.

Ulu öndər Heydər Əliyevin Naxçıvanda yerləşən sovet ordusunun hissə komandanlıqları və Rusiya dövlətinin rəhbərliyi ilə apardığı gərgin danışıqlar nəticəsində 75-ci motoatıcı diviziya və 441-ci sərhəd dəstəsi öz əmlaklarını muxtar respublikadakı hərbi birləşmələrimizə təhvil verərək Naxçıvan ərazisini tərk etdilər.

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bu islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də əsası Ulu Öndər tərəfindən qoyulan siyasi xətti uğurla davam etdirir. Muxtar respublikaya səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində dövlət başçısı naxçıvanlılara xitabən belə deyib: “Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü”.

Dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan keçən dövr ərzində Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş verib. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində bu gün qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənib.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO