Naxçıvana gələn turistlərin sayı artır
Naxçıvan, 4 noyabr (AZƏRTAC). Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin doqquz ayında muxtar respublikaya 223 min 945 nəfər turist gəlmişdir. Bu, ötən ilin müvafiq dövründəki göstəricini 35,6 faiz və ya 58 min 809 nəfər üstələyir. Gələnlərin əksəriyyəti xarici ölkə vətəndaşlarıdır. Onlar əsasən mədəni-tarixi yerlərə, müalicə ocaqlarına, turizm yerlərinə maraq göstərmişlər. “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” müalicəxanası, “Şahbuz” Dövlət Təbiət Qoruğu, Zəngəzur Milli Parkının yerləşdiyi təbii ərazilər də turistlərin ən çox üz tutduqları ünvanlar olmuşdur. Turistlərin ən çox gecələmək istədikləri yerlər isə müsafirlərinə yüksək xidmət göstərən “Təbriz” , “Duzdağ” otelləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]