REGİONLAR
Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib
Naxçıvan, 6 aprel, AZƏRTAC
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Tabor, divizion komandirləri və müavinlərinə əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi göstərilib.
Zabitlər bölmələrin və atəşin idarəolunması üzrə keçirilən göstərici taktiki təlimdə iştirak ediblər.