NAXÇIVANDA QAZANXANALAR FASİLƏSİZ İŞLƏYƏCƏK
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, 2005-2006-cı ilin qış mövsümündə Naxçıvanda qazanxanalar fasiləsiz işləyəcəkdir. Şəhərdə mövcud 18 qazanxanadan 14-ü təbii qazla təmin ediləcəkdir. Mövsümün ortalarında daha bir qazanxana işə salınacaq, 3-cü mikrorayondakı obyektlər və 4 yaşayış binası istiliklə təmin olunacaqdır. Qazanxanaların qazlaşdırılması idarənin məsrəflərini azaldacaq və hər il 5 milyard manat dövlət vəsaitinə qənaət ediləcəkdir. Qış aylarında 128 nəfər mövsümi işə cəlb olunacaqdır.