Naxçıvanda rabitə xidmətlərinin dəyəri artıb
Naxçıvan, 16 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artaraq 16 milyon 795 min 200 manat olub.
NMR-in Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin ilk 6 ayında muxtar respublikada nəqliyyat sektorunda isə 3 milyon 466 min 100 ton yük, 23 milyon 38 min 400 sərnişin daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 faiz, sərnişin daşınması isə 1,4 faiz artıb.
Həmçinin qeyd olunan dövr ərzində NMR-də pərakəndə ticarət dövriyyəsi 606 milyon 500 min 200 manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:13]
Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub
- 12.06.2026 [16:45]