Naxçıvanda su mənbələrinin ekoloji təmizliyi diqqət mərkəzində saxlanılır
Naxçıvan, 5 iyun (AZƏRTAC). Cari ilin 4 ayı ərzində Naxçıvan Muxtar Respublikasının daxili sularında 14 monitorinq-yoxlama aparılmışdır.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın çaylarından, göllərindən, bulaqlarından və digər su mənbələrindən 24 su nümunəsi götürülərək, onların tərkibinin fiziki-kimyəvi xassələrini öyrənmək məqsədi ilə 108 laboratoriya analiz-təhlillər aparılmışdır.
Qeyd edək ki, Naxçıvanda “Muxtariyyət ili” olan 2014-cü ilin ilk 4 ayında qədim diyarın ərazisində ekoloji vəziyyətin nəzarətdə saxlanması, ətraf mühitin mühafizəsi məqsədilə lazımi tədbirlər həyata keçirilmişdir. Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə, ekoloji ödənişlərin təyin edilməsi və icrasına nəzarətin həyata keçirilməsi daim diqqətdə saxlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]