NAXÇIVANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYAN SU ELEKTRİK STANSİYASI TİKİLİR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan Vayxır Su Elektrik Stansiyasının tikintisi 3-4 aya başa çatacaqdır.
İnşaat işləri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə Türkiyənin “Cengiz” və “Cənnət” şirkətləri arasında imzalanmış müqaviləyə əsasən aparılır. 4,5 meqavatlıq stansiya üçün zəruri avadanlıq alınıb gətirilmişdir.