Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib

Naxçıvan, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali və orta ixtisas məktəblərinin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan Ulu Öndərin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz məhəbbətlərini ifadə ediblər.

Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, ordu quruculuğu və milli-mənəvi yüksəliş Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir. Xalqını xoşbəxt görmək, onun milli maraqlarını qorumaq, Vətənini müstəqil etmək Ulu Öndərin həyatının mənası idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İnsan tarixə öz əməlləri ilə düşür. Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, ölkəmizdə demokratik cəmiyyət qurmaq”.

Şəxsiyyəti tarix yaradır. Ümummilli lider Heydər Əliyev isə tarix yaradan, müasir dünyanın siyasi tarixində izini qoymuş böyük şəxsiyyət və dövlət xadimidir. O, qeyri-adi istedadı, dərin zəkası və möhtəşəm dövlətçilik məharəti ilə bütün dünyada Azərbaycan adlı sönməz bir məşəl yandırıb.

Ümummilli Liderimiz öz gücünü xalqından alırdı, xalqına arxalanırdı, xalqına güvənirdi. Onun zəngin siyasi irsinin əsasında da məhz xalq-rəhbər birliyi dayanırdı. Dövləti və xalqı qarşısında müstəsna xidmətlər göstərən xalqımızın böyük oğlu deyirdi: “Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Başçılıq etdiyim dövlətdə mən özüm üçün başqa bir mükafat görmürəm”.

Dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyəti Vətənə xidmət nümunəsidir. 1969-cu ildən başlanan şərəfli missiya - Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialın formalaşdırılması və onu ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəldilməsinə yönəldilməsi, milli kimliyin bərpası və kadr hazırlığına başlanması dahi şəxsiyyətin müstəqil Azərbaycanın gələcəyi üçün həyata keçirdiyi mühüm tədbirlər idi. Həmin dövrdə ölkəmizdə böyük istehsal müəssisələri, zavodlar, fabriklər istifadəyə verildi, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının geniş şəbəkəsi yaradıldı, dərin köklərə malik olan mənəvi dəyərlər bərpa edildi.

Vətəninin, xalqının taleyini öz taleyinə çevirən, Vətənin xilasını özünün tarixi missiyası kimi qəbul edən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin Naxçıvan dövrü müstəqillik yolunda xüsusi mərhələ təşkil edir. Heydər Əliyevin müdrikliyi, siyasi təcrübəsi və möhkəm iradəsi nəticəsində 1990-1993-cü illərdə Naxçıvan işğaldan qorunub, muxtar respublika üzləşdiyi bütün çətinlikləri dəf edib, bu qədim diyarda müstəqil dövlətçiliyimizin əsasları işlənib hazırlanıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, ilk milli ordu hissələri yaradılıb.

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider ölkədə ictimai-siyasi sabitliyi təmin edib, sosial-iqtisadi inkişafın əsasını qoyub, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Möhtərəm Heydər Əliyevin ölkəmizdə birinci hakimiyyəti gələcək müstəqillik üçün iqtisadi və milli ideoloji bazanın yaradılmasına hesablanmışdırsa, Azərbaycanda ali hakimiyyətə ikinci qayıdışı MİLLİ QURTULUŞ və müstəqil dövlətçilik tariximizə çevrilmişdir.

“Mən həyatımı insanlara səadət gətirməyə həsr etmişəm. Mən həyatımı xalqın azadlığına həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşdırılmasına həsr etmişəm. Həyatımı Azərbaycan torpağında qurub-yaratmağa həsr etmişəm”, - deyən Ulu Öndər bu ali missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətini yaratdı, onun gələcək inkişaf yolunu müəyyənləşdirdi. Milli Qurtuluşdan başlanan bu yol dövlət müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz etdi, Azərbaycan davamlı inkişaf və yüksəliş mərhələsinə qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli sərvətinə çevrilmiş çox dəyərli iki əsəri var: bunlar müstəqil Azərbaycan dövləti və bu dövlətin gələcək inkişaf yolunu müəyyənləşdirən siyasi xətdir. Bu mənada əminliklə demək olar ki, dahi rəhbərin siyasi irsi xalqımızın müstəqillik yolunu işıqlandıran mayakdır. Ümummilli Liderimizin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ümummilli Liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, Ulu Öndərə məhəbbətlərini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Heydər Əliyev siyasi xəttinə dərin sədaqət və bu yolun uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasının da kompleks inkişafının əsasını qoyub, muxtar respublika dahi rəhbərin arzuladığı inkişafa qovuşub, etibarlı müdafiə sistemi yaradılıb, ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Bu gün Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri aparılır, əhalinin rifahı ilbəil yaxşılaşdırılır, yaşayış məntəqələri müasirləşdirilir, yeni sosial obyektlər, xidmət və istehsal sahələri istifadəyə verilir.

Ümummilli lider Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanın inkişaf yoludur. Bu yol dünən və bu gün olduğu kimi, gələcəkdə də müstəqil Azərbaycana qələbələr qazandıracaqdır. Bu gün biz Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev düşünürük. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”.

Dekabrın 12-də muxtar respublikanın bütün rayon mərkəzlərində də Ümummilli Liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir