Nazir: Dünyada 190 milyon hektardan çox torpaq aktiv deqradasiyaya məruz qalıb
Gəncə, 16 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Qloballaşan dünyada ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artırılması günümüzün ən aktual məsələsidir. Məlumdur ki, kənd təsərrüfatı sektorunun inkişafı torpaq, su və iqlim kimi ətraf mühit amillərindən bilavasitə asılıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gəncədə keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxışında deyib.
Nazir bildirib ki, əhalinin artımı, qidaya olan ehtiyac artdıqca təbii resursların istismarı da ciddi şəkildə artır.
“Beynəlxalq hesabatlara əsasən dünyada su və torpaq resurslarının istehsal imkanları son həddə doğru getməkdədir. Qlobal iqlim dəyişiklikləri, su çatışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında son 20 ildə 190 milyon hektardan çox torpaq sahəsinin aktiv deqradasiyaya məruz qalaraq sıradan çıxması acınacaqlı fakt kimi göstərilib”, - deyə Məcnun Məmmədov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]
Tərtərdə pambıq yığımına başlanılıb
- 07.10.2026 [11:52]
Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu
- 07.10.2026 [10:44]
Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO
- 07.10.2026 [10:16]
Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO
- 07.10.2026 [09:11]