Nazir Emin Əmrullayev: Türkiyədə zəlzələdən zərərçəkmiş tələbələrlə bağlı işlər aparılır
Bakı, 13 fevral, AZƏRTAC
Qardaş Türkiyədə zəlzələ qurbanlarına başsağlığımı bildirirəm. Xarici İşlər Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyinin nəzarəti ilə zəlzələdən zərərçəkmiş tələbələrimizlə bağlı işlər aparılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O, təəssüflə bildirib ki, hələ də bəzi tələbələrimizlə bağlı hər hansı informasiya yoxdur.