Nazir: Ermənistan 30 il münaqişənin nizamlanmasının imitasiyası ilə məşğul olub
Moskva, 23 dekabr, AZƏRTAC
Ermənistan 30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının imitasiyası ilə məşğul olub.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Rusiya XİN başçısı Sergey Lavrov ilə Moskvada keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu gün azad olunmuş ərazilərə gedən hər kəs məhdud imkanları olan kiçik Ermənistanın ordu quruculuğuna necə böyük sərmayələr yatırdığının şahidi ola bilər.
“Sonsuz istehkamlar, bunkerlər, piyada əleyhinə milyona yaxın minalar, tank əleyhinə minalar. Bu, danışıqlar prosesinin imitasiya olunduğunu aşkar göstərir”, - deyə C.Bayramov bildirib.
Nazir vurğulayıb ki, məsələnin diplomatik yolla həllinə köklənmiş ölkə regionun hərbiləşdirilməsinə daim böyük vəsaitlər yatırmazdı.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]