Nazir müavini: Bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib
Bakı, 10 fevral, AZƏRTAC
Keçən il qanunvericiliyin tələblərinə uyğun olmayan 74 bələdiyyə aktı tam ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” barədə çıxışı zamanı bildirib.
O deyib ki, bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib, vahid bələdiyyə xərcləri portalının yaradılması təmin olunub. Korrupsiya ilə mübarizə çərçivəsində qanun pozuntuları aşkarlanıb və hüquq-mühafizə orqanlarına göndərilib. Əlli bir halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:05]
Benefisiarlar “Ailə bağları”nda iştirak ediblər
- 12.06.2026 [11:17]
Ötən gün 76 cinayətin açılması təmin edilib
- 12.06.2026 [10:46]
DSMF ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
- 12.06.2026 [10:33]
BDYPİ “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib
- 12.06.2026 [09:00]