Nazir müavini idman idarələrinin rəisləri ilə görüşüb
Bakı, 30 sentyabr, AZƏRTAC
Gənclər və idman nazirinin müavini Mariana Vasileva nazirliyin regional gənclər və idman idarələrinin rəisləri ilə görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə illik tədbirlər planı haqqında məlumat verilib. Həmçinin ölkə yarışlarının keçirilmə qaydalarıyla bağlı reqlament və idarələrin təklifləri dinlənilib.
Tibbi Bədən Tərbiyəsi Dispanserlərinin fəaliyyətləri, idman məktəblərində idman növləri üzrə 2023-2024 tədris illərində yeni normativlərin tətbiqi və digər məsələlər müzakirə olunub.
Tədbirdə nazirliyin Aparat rəhbəri Amin Xudiyev də iştirak edib.