Nazir: Ölkəmizdə aparılan islahatlar xarici investisiyaların təşviqinə geniş imkanlar açır
Bakı, 31 mart, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Fiba Holdinq”inin nümayəndələri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Bildirilib ki, ölkəmizdə aparılan islahatlar işgüzar mühitin daha da yaxşılaşdırılmasına və xarici investisiyaların təşviqinə geniş imkanlar açır.
Tərəflər biznes tərəfdaşlığının genişləndirilməsi və potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Bərpaolunan enerji və infrastruktur layihələrində iştirak, enerji təchizatı, turizm və tikinti sahələrində birgə fəaliyyət imkanları dəyərləndirilib.
Qeyd edək ki, Türkiyənin “Fiba Holdinq”i enerji, bank və maliyyə, daşınmaz əmlak, turizm və digər sahələr üzrə ixtisaslaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]