Nazirlik: 195-2 Çağrı mərkəzinə 12 mindən çox müraciət olub
Bakı, 2 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 12212 müraciət daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi və nazirliyin fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, 195-2 Çağrı mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 Çağrı mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]