Neapolda pirotexniki vasitələr istehsal edilən zavodda partlayış olub, ölənlər var
Roma, 18 noyabr, AZƏRTAC
İtaliyanın Neapol şəhərində pirotexniki vasitələr istehsal olunan zavodda güclü partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, əraziyə mülki müdafiə qüvvələri və təcili yardım maşınları cəlb olunub. Zavodun anbarında baş verən partlayış nəticəsində 3 nəfər ölüb. Həlak olanların kimliyi hələlik məlum deyil.
Təhlükəsizlik qüvvələri partlayışın başvermə səbəblərini araşdırırlar. Zavodda pirotexniki vasitələrin istehsalının qeyri-qanuni həyata keçirildiyi bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]