“NƏCƏFQULU BƏY ŞEYDANIN ŞEİRLƏRİ” KİTABI NƏŞR EDİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, 1858-ci ildə Şuşa şəhərində anadan olmuş, XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Nəcəfqulu bəy Şeydanın İnstitutda saxlanılan əsərləri yeni əlifbaya köçürülərək nəşr edilmişdir.
Kitabda şairin qəzəl, müxəmməs, müstəzad, qitə və rübailəri, mənzum hekayələri, Rumi, Sədi, Hafiz kimi şairlərdən tərcümələri toplanmışdır. Maraqlıdır ki, əsasən klassik şeir üslubunda lirik əsərlərin müəllifi olan şair yaşadığı dövrdə çar Rusiyasını, sovet rejimini, kommunist partiyasını tənqid edən şeirlər də yazmışdır. Bu isə onun əsərlərini dissident ədəbiyyatına aid etməyə imkan verir.
Kitabı institutun əməkdaşı Nailə Mustafayeva nəşrə hazırlamışdır. Tərtibçi-redaktor və ön sözün müəllifi filologiya elmləri namizədi Paşa Kərimovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]