NEFT EMALI KOMPLEKSİNİN SƏMƏRƏLİLİYİ YÜKSƏLİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, neft emalı kompleksində istehsalın səmərəliliyinin yüksəldilməsi, ilkin və təkrar emal qurğularının işinin müasir tələblərə uyğunlaşdırılması tədbirləri öz müsbət nəticəsini verir. “Azərneftyağ” neft emalı zavodunda istehsal olunmuş soba mazutunun müəyyən hissəsinin Heydər Əliyev adına Bakı neft emalı zavodunda təkrarən emal olunması nəticəsində alınmış əlavə xammalın məhsuldarlığı əvvəlki illərə nisbətən 67 faiz artmışdır.
Bu tədbirin ardıcıl həyata keçirilməsi nəticəsində son üç ildə 1.560 min ton ilkin emal mazutundan 1.026 min ton soba mazutu, 300 min ton yüksək oktanlı avtomobil benzini və 75,3 min ton maye qaz istehsal olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [17:12]