NEFT EMALI ÜZRƏ PROQNOZLARA ARTIQLAMASI İLƏ ƏMƏL EDİLMİŞDİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, “Azərneftyağ” neft emalı zavodunun kollektivi emal üzrə 8 aylıq proqnoza 116,7 faiz, o cümlədən dizel yanacağının istehsalı üzrə proqnoza 121,8 faiz, reaktiv yanacaq üzrə 106,4 faiz, bitum üzrə 133 faiz əməl etmişdir.
Xatırladaq ki, dünyanın ən qədim neft emalı müəssisələrindən olan zavodun 130-dan çox yaşı vardır. Nadir Azərbaycan neftindən hazırlanan yağ növlərinin istehsalı zavoda dünyada şöhrət qazandırmışdır. İkinci Dünya müharibəsi illərində “Azərneftyağ” zavodu hərbi təyyarələr, tanklar, hərbi gəmilər üçün mühərrik yanacaqlarının 75 faizini istehsal edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [17:12]