NEFT HASİLATI ARTIR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, “Əsrin müqaviləsi”nin reallaşması ilə əlaqədar respublikamızda 1997-ci ildə 9 milyon ton, 2005-ci ildə 22,2 milyon ton neft çıxarılmışdırsa, 2006-cı ildə 30 milyon tondan çox “qara qızıl” hasil ediləcəkdir. Proqnozlara görə, hasilatın getdikcə artacağı və 2010-cu ildə 60 milyon tona yaxın olacağı gözlənilir. Hasil edilən neft əsasən Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılacaqdır. Bundan başqa, artıq Qazaxıstan da bu kəmərə qoşulmaq istəyindədir. Gələcəkdə Rusiya və Türkmənistanın da BTC-yə qoşulmaq ehtimalı vardır. Kəmərin marşrutunun alternativ variantlarından bir qədər uzun olmasına baxmayaraq, onun Qara dənizdən, Bosfor və Dardanel boğazlarından yan keçərək birbaşa Aralıq dənizinə çıxması neftin böyük tutumlu (300 min ton) tankerlərlə dünya dövlətlərinə daşınmasına imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [17:12]