NEFT HASİLATI REKORD SƏVİYYƏYƏ ÇATACAQDIR
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, bu il ölkəmizdə neft hasilatının ilk dəfə olaraq rekord səviyyəyə - 30 milyon tona çatacağı gözlənilir. “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində gündəlik hasilatın 439 min barrelə çatdırılması nəzərdə tutulur. “Çıraq-1”dən gündə orta hesabla 138 min barrel, “Mərkəzi Azəri”dən 226 min barrel, “Qərb Azəri”dən isə 75 min barrel neft çıxarılacağı proqnozlaşdırılır.
2005-ci ildə respublikamızda 22,2 milyon ton neft, 5,82 milyard kubmetr qaz hasil edilmiş, 22,3 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur. 2004-cü illə müqayisədə neft hasilatı 6 min 672 min ton, qaz hasilatı 812 milyon kubmetr, elektrik enerjisi 1 milyard kilovat-saat artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]