Neft-Kimya Prosesləri İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb
Bakı, 13 iyul, AZƏRTAC
Bu gün AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda I kurs magistrantların neft kimyası, nanomateriallar kimyası və ətraf mühit kimyası ixtisaslaşmaları üzrə aşqarlar haqqında məlumat, nanokarbon əsasında yeni katalitik sistemlərin sintezi və onların iştirakı ilə müxtəlif kimya proseslərində istifadə perspektivləri haqqında və ekologiya fənlərindən imtahanları keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib. İmtahanlarda magistrantlar yüksək nəticə əldə ediblər.
Neft-Kimya Prosesləri İnstitutunda magistrantların 2019-2020-ci tədris ili üzrə yay imtahan sessiyası uğurla başa çatıb.