Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib
Bakı, 6 aprel, AZƏRTAC
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın evdəqal çağırışına qoşulan rayonun kəndlərində yaşayan 550 aztəminatlı ailəyə ərzaq yardımları paylanılıb.
Bu barədə rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovun tapşırıq və tövsiyələri nəzərə alınaraq, Neftçala rayonunda Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində davamlı olaraq sanitar-profilaktik tədbirlər həyata keçirilir, mobil qruplar tərəfindən maarifləndirmə işləri davam etdirilir.