NEFTÇALADA KÜR ÇAYI DELTASININ LİLDƏN TƏMİZLƏNMƏSİNƏ BAŞLANILMIŞDIR
Neftçala, 12 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi mayın 11-də Kür çayının Xəzər dənizinə qovuşduğu yerdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 2 gəmisi lildən təmizləmə tədbirlərinə başlamışdır. Bu mərhələdə çay suyunun dənizə qovuşduğu nöqtədən dənizin içərisinə doğru 2 min metrlik məsafədə lil qatı dağıdılmalıdır. Mütəxəssislərin dediyinə görə, hazırda bu yerdə hədsiz lillənmə səbəbindən dərinlik 1,5-2 metrə qədərdir. Bu isə son illərdə Kür çayının dənizə axmasına tormozlayıcı təsir göstərmişdir.
Qeyd edək ki, 2003-cü il daşqınından bəri deltada lildən təmizləmə əməliyyatlarını təkcə “İnam” gəmisi yerinə yetirirdi.
Kür çayının mənsəbində deltaya yaxın ərazilərdə 62,5 kilometrlik məsafədə bəndbərkitmə işləri də görülmüşdür.
Rayon fövqəladə hallar komissiyasının sədri Dilavər Əliyev bildirmişdir ki, daşqının ilkin fəsadları dəqiqləşdirilmişdir. Çayda yüksək gursululuğun müşahidə edildiyi dövrdə rayonda 260 həyəti qrunt suyu basmış, çiy kərpicdən tikilmiş 4 ev uçmuş, 30 ev qəzalı vəziyyətə düşmüş, 5 ailə daha təhlükəsiz yerə köçürülmüşdür. Rayonda xilasetmə tədbirlərinə müxtəlif təyinatlı 200-dək texnika, 10 minə yaxın sakin cəlb olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]