“NEFTÇİ” DAHA 3 FUTBOLÇU İLƏ MÜDAFİƏ XƏTTİNİ GÜCLƏNDİRMİŞDİR
Bakı, 12 avqust (AZƏRTAC). “Neftçi” peşəkar futbol klubu daha 3 futbolçu ilə müqavilə imzalamışdır. Litvalı Paulius Qribauskas qapıçı, rumıniyalı Leonard Naydin yarımmüdafiəçi, uruqvaylı Valter Quqlemon isə hücumçudur. Sonuncu klubu “Otselul” (Rumıniya) olan 25 yaşlı qapıçı 4 dəfə Litva millisinin formasını geyinmişdir. 30 yaşlı Naydin isə ötən mövsüm “Timişoara”nın heyətində Rumıniya çempionatının gümüş mükafatçısı olmuşdur. Valter Quqlemona gəlincə, 32 yaşına qədəm qoyan hücumçu “İnter”də vurduğu 17 qolla 17-ci Azərbaycan Premyer-liqanın ən yaxşı bombardiri olmuşdur.
“Neftçi” PFK-nın mətbuat xidmətindən bildirmişlər ki, hər üç futbolçu bir il “Neftçi”nin şərəfini qoruyacaqlar. Xatırladaq ki, “Neftçi” bu yaxınlarda Taavi Rahn və Andrey Stepanov kimi futbolçularla müdafiə xəttini gücləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]