“Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb
Bakı, 17 iyul, AZƏRTAC
Bakının "Neftçi” futbol klubu mərkəz müdafiəçisi transferini rəsmiləşdirib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, portuqaliyalı Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.
Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]