“NEFTÇİ” FUTBOL KLUBUNUN YENİ BAŞ MƏŞQÇİSİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 3-də “Neftçi” futbol klubunun vitse-prezidenti Ramin Musayev və komandanın yeni baş məşqçisi Vlastimil Petrjela mətbuat konfransı keçirmişlər.
V.Petrjelanı jurnalistlərə təqdim edən R.Musayev onun idman fəaliyyətinin yüksək nailiyyətlərlə zəngin olduğunu bildirmiş və “Neftçi” futbol klubunun yeni baş məşqçinin rəhbərliyi altında yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdir.
Daha sonra yeni baş məşqçi “Neftçi”nin maddi-texniki təchizat baxımından yüksək standartlara cavab verdiyini söyləmiş, oyunçuların fiziki və texniki hazırlığından razılığını bildirmişdir. O, “Neftçi”nin Avropada tanınan klublardan biri olduğunu, komandanın tezliklə öz əvvəlki şöhrətini qaytaracağına və Azərbaycan çempionu olacağına dərindən inandığını bəyan etmişdir.
Jurnalistlərin çoxsaylı suallarına cavab verən V.Petrjela komandanın tərkibində ciddi dəyişikliklərə ehtiyac görmədiyini, öz vətəni Çexiyadan “Neftçi”yə legionerlər gətirmək niyyətində olmadığını da bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]