“Neftçi İdman Klubu”nun kiçikyaşlı futbolçuları Gürcüstanda uğura imza atıblar
Bakı, 27 yanvar, AZƏRTAC
AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalara fasilə verildiyindən “Neftçi İdman Klubu”nun U-17 və U-14 futbol kollektivləri Gürcüstanın Çakvi şəhərində təlim-məşq toplanışında olublar.
Klubdan AZƏRTAC-a bildiriblər ki, hazırlıq prosesi çərçivəsində U-17 komandamız 3 yoldaşlıq oyunu keçirib. Komandamız “Kabuleti”, “Dinamo” və “Bobokvati” kollektivləri ilə qarşılaşıb və rəqiblərini müvafiq olaraq 6:1, 2:1 və 6:2 hesabı ilə məğlub edib.
U-14 komandamız isə həmin şəhərdə təşkil olunan turnirə qatılıb və bütün görüşləri qələbə ilə başa vuraraq qalib olub. Futbolçularımız “Momavali” (6:1), “Kaspi” (2:1), “Ozurgeti” (3:1) və “Bobokvati” (1:0) komandaları ilə keçirdikləri oyunların hər birində əldə etdikləri inamlı qələbə sayəsində turniri birinci pillədə başa vurublar.
Çakvi şəhər bələdiyyəsi tərəfindən keçirilən turnirin qaliblərinə kubok, medal və diplomlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]