“NEFTÇI” TÜRKİYƏDƏKİ HAZIRLIĞI BAŞA VURMUŞDUR
Bakı, 7 avqust (AZƏRTAC). Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” sonuncu yoxlama oyununu keçirmişdir. Əslində, yerli “Adana Dəmirspor” klubu ilə oyun baş tutmaya da bilərdi. Hava dumanlı olduğundan qarşılaşma gec başlanıb və aramsız yağış altında keçmişdir. Komandalar hərəyə bir qol vurmuşlar - 1:1.
“Neftçi”dən cərimə zərbəsi ilə Adrian Neaqa fərqlənmişdir. “Adana Dəmirspor” fasiləyədək hesabı bərabərləşdirə bilmişdir. İkinci hissədə komandamız daha üstün oyun nümayiş etdirsə də, sonadək hesab dəyişməmişdir. Qarşılaşmanı azərbaycanlı hakimlər - ilk yarıda Elçin Məmmədov, ikinci hissədə isə Zöhrab Əliyev idarə etmişlər.
“Neftçi” Türkiyənin İzmit şəhərindəki hazırlığı başa vuraraq bu gün gecə saatlarında Bakıya qayıdacaqlar. Avqustun 8-də istirahət edəcək komandamız ertəsi gündən “Olimpik-Şüvəlan”la oyunun hazırlığına başlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]