“Neftçi” və “Alyans Qrup” final oyununa ciddi itki ilə çıxacaq
Bakı, 18 may, AZƏRTAC
Mayın 24-də Bakı İdman Sarayında futzal üzrə “Badamlı Azərbaycan kuboku” yarışının final oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada “Neftçi” və “Alyans Qrup” komandaları üz-üzə gələcəklər. Görüşdə iki futzalçı komandasına kömək edə bilməyəcək. “Neftçi”dən Nurlan Mehdizadə görüşü kənardan izləyəcək. Buna səbəb onun EKOL-la keçirilmiş yarımfinal matçında qırmızı vərəqə almasıdır. “Alyans Qrup”da isə komandanı finala daşıyan qolun müəllifi Elçin Zeynalov qırmızı vərəqə cəzalısıdır. O, “Forza Neftçi” ilə duelin başa çatmasına 39 saniyə qalmış analoji durumla qarşılaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]