“Neftçi”nin sabiq baş məşqçisi yeni klubu ilə cəmi 5 dəqiqəyə anlaşıb
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən ilin dekabrında “Neftçi” ilə yollarını ayıran Adrian Mutunun yeni komandası bəlli olub.
AZƏRTAC xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis Rumıniya mətbuatına açıqlamasında deyib.
O, ölkəsinin ÇFR klubu ilə anlaşdığını bildirib: “Dünən gecə klubun prezidenti Nelu Varqadan mənə zəng gəldi. Danışığımız cəmi 5 dəqiqə çəkdi. İlk dəfə deyil ki, onunla belə şeyləri müzakirə edirik. ÇFR kimi komandaya rəhbərlik etmək istəyirdim. Amma bu qədər tez olacağını düşünməzdim”.
Qeyd edək ki, “Neftçi” cari mövsümün əvvəlində 2 illik müqavilə imza atan Adrian Mutu ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:36]
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]