NEFTİN BAHALAŞMASI ALYASKA YARIMADASININ GƏLİRLƏRİNİ ARTIRMIŞDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, 142 il əvvəl Rusiyanın cəmi 7,2 milyon dollara Amerika Birləşmiş Ştatlarına satdığı Alyaska yarımadasında son hesablamalara görə, 4,5 milyard barrel neft ehtiyatı vardır. Neftdən əlavə, yarımadada zəngin qızıl, mis ehtiyatı da var. Hazırda ABŞ-da yerli və regional vergilərin həcminə görə, bu yarımada axırıncı yerdədir. Burada satış, gəlir və bir sıra digər vergilər ümumiyyətlə, tutulmur. Lakin son vaxtlar neftin qiymətinin qalxması nəticəsində Alyaskanın gəlirləri 1 milyard dollar artmışdır.