NƏQLİYYAT SEKTORUNUN İNKİŞAF STRATEGİYASI HAZIRLANIR
Nəqliyyat Nazirliyində ölkəmizin nəqliyyat sektorunun inkişaf strategiyasının hazırlanmasına başlanmışdır. Nazirliyin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov AZƏRTAC-a bildirmişdir ki, Asiya İnkişaf Bankının qrantı hesabına beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan sənədi nazirlik Böyük Britaniyanın “Skott Vilson” şirkəti ilə birlikdə müasir standartlara uyğunlaşdırır. Bu məqsədlə yaradılmış işçi qrupunun yaxın günlərdə iclası keçiriləcəkdir. Bu sənəd ölkəmizin nəqliyyat qurumlarının inkişaf istiqamətlərini və prinsiplərini müəyyən edəcəkdir.