NƏQLİYYATÇILAR ŞƏHİDLƏRİN XATİRƏSİNİ ƏZİZ TUTURLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə bağlı Nəqliyyat Nazirliyində anma mərasimi keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Çıxış edənlər 14 il əvvəl baş vermiş qanlı hadisənin mahiyyətindən, ona siyasi qiymət verilməsində Prezident Heydər Əliyevin rolundan, faciədə həlak olanların əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlərdən, şəhid ailələrinə və qanlı aksiya zamanı sağlamlığını itirənlərə göstərilən qayğıdan danışmışlar.