NƏRİMANOV RAYONUNDA TƏHSİL İŞÇİLƏRİNİN BİR QRUPU İLƏ GÖRÜŞ OLMUŞDUR
İcra hakimiyyəti başçısının birinci müavini Hafiz Məmmədov görüşü açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlardan söz açmış, qazanılmış uğurları qeyd etmişdir.
Bildirilmişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində bu gün Azərbaycan regionun liderinə çevrilmişdir. Müxtəlif sahələrdə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Prezident İlham Əliyev təhsilin inkişafına, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
Hafiz Məmmədov diqqətə çatdırmışdır ki, əhalinin problemlərinin öyrənilməsi məqsədi ilə Nərimanov RİH-də xüsusi tədbirlər planı hazırlanmışdır. Bugünkü görüş də bu plana əsasən keçirilir.
Rayonun müvafiq idarə və təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə təhsil işçilərinin problemləri öyrənilmiş, onları narahat edən məsələlər müəyyənləşdirilmiş, yerindəcə göstərişlər verilmişdir.
Müəllimlər belə görüşlərin rayon rəhbərliyi ilə ünsiyyət baxımından əhəmiyyətini vurğulamışlar.
Tədbirlər planına uyğun olaraq növbəti görüş oktyabrın 25-də veteranlarla olacaqdır.