“NƏRİMANOVNEFT” UĞURLARINI ARTIRIR
“Nərimanovneft” Neft və Qaz Çıxarma İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, kollektiv yanvar-sentyabr aylarında 244 min 640 ton neft hasil edərək 9 aylıq proqnoza 119,5 faiz əməl etmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5692 ton çoxdur. Nəzərdə tutulandan 10 milyon kubmetr çox qaz çıxarılmış, dövlətə 7 milyon 382 min kubmetr artıq mavi yanacaq təhvil verilmişdir.
İdarənin kollektivi neft və qaz hasilatını yüksək səviyyədə saxlamaq üçün bütün imkanlardan səmərəli istifadə etmiş, quyularda 60 əvəzinə 80 texniki tədbir həyata keçirmək hesabına əlavə 8250 ton neft əldə etmişdir. Fəaliyyətsiz fonddan istismara qaytarılmış bir quyudan 193 ton neft çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]